Almaniya Fələstini tanımaq istəmir
Almaniya hökuməti yaxın gələcəkdə Fələstin dövlətini rəsmən tanımaq niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi sözçüsü məlumat verib.
O, eyni zamanda vurğulayıb ki, Almaniya İsrailin təhlükəsizliyini prioritet məsələ hesab edir və bu məsələ Berlin üçün hazırda xüsusi əhəmiyyət daşıyır.
Bu açıqlama, beynəlxalq aləmdə Fələstin dövlətinin tanınması ilə bağlı artan çağırışlar fonunda verilib.
Türkan İsgəndərli