Almaniya ABŞ-dən əlavə 15 ədəd "F-35" almağı planlaşdırır

Dünya

11.07.2025 11:26

Almaniya hökuməti ABŞ istehsalı olan "F-35" qırıcılarının sifarişini 35-dən 50-yə artırmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri Berlin və Vaşinqton arasındakı danışıqlarla tanış mənbələrə istinadla məlumat yayıb.

Rəsmi müqavilə hələlik elan edilməyib.

Əlavə alqı-satqı müzakirələri Almaniya ilə Fransa arasında “Gələcəyin Döyüş Aviasiya Sistemi” (FCAS) layihəsi ilə bağlı gərginliyin artdığı dövrə təsadüf edir. Paris layihənin əsas müqavilələrinin 80%-nin fransız şirkətlərinə verilməsində israr edir ki, bu da Berlində narazılıq doğurur.

Almaniya kansleri Fridrix Merts bildirib ki, FCAS üzrə konsorsiumun tərkibi barədə yekun qərar yaxın aylarda veriləcək. Lakin Almaniya artıq təcili ehtiyaclarını qarşılamaq üçün ABŞ-nin sınanmış hərbi platformasına – F-35-lərə yönəlməyə başlayıb.

Qiymət Mahir

tag: Almaniya ,ABŞ,F-35,Berlin ,Todaypress.tv,