BMT Tramp-Putin sammitinə ev sahibliyi etməyə hazırdır
Dünya
08.08.2025 21:37
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında mümkün görüş üçün Nyu-Yorkdakı qərargahını təqdim etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və sözçüsü Stefani Tremble jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.
Tremblenin sözlərinə görə, bu mövzu hazırda nə müzakirə olunub, nə də rəsmi olaraq təşkilata belə bir müraciət daxil olub.
“Hazırda belə bir görüşün təşkili ilə məşğul olan tərəflərin bu variantı nəzərdən keçirdiyini düşünmürəm”, – deyə o bildirib.
Eyni zamanda Tremble vurğulayıb ki, BMT dialoqu hər zaman təşviq edir və təşkilatın qapıları belə təşəbbüslərə daim açıqdır.
“Biz hər zaman dialoqu dəstəkləyirik və ümid edirik ki, nəhayət, BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində irəliləyiş əldə olunacaq”, – deyə Tremble əlavə edib.
Töhfə Səməd
tag: BMT, Vladimir Putin ,ABŞ ,Donald Tramp,Todaypress.tv,