Alimlər günəş aktivliyinin artdığını bildirdilər
Dünya
27.09.2025 19:45
Günəş aktivliyi əhəmiyyətli dərəcədə artıb.
TodayPress TV xəbər verir ki, Günəş Astronomiya Laboratoriyasının proqnozuna əsasən, geomaqnit mühiti sakit və sabit olaraq qalır, günəş alovlarının aktivliyi əhəmiyyətli dərəcədə artıb.
Alimlərin fikrincə, yaxın günlərdə günəş alovunun aktivliyi nəinki artıb, hətta indən belə daha da artma tendensiyası var.
Qeyd edək ki, sentyabrın əvvəlində Sent-Endryus Universitetinin alimləri günəş alovlarında olan hissəciklərin əvvəllər düşünüldüyündən 6,5 dəfə çox qızdığını aşkar ediblər. Bu kəşf nəinki Günəşdəki fiziki proseslər haqqında anlayışımızı dəyişdirir, həm də demək olar ki, yarım əsrdir həll edilməmiş bir sirri həll etməyə kömək edir. Yeni tədqiqat göstərdi ki, ionlar - günəş plazmasının yarısını təşkil edən müsbət yüklü hissəciklər - 60 milyon °C-ə qədər qızdıra bilir.
Orxan Saffari
tag: Alimlər,Günəş,Aktivlik,Artım,Todaypress.tv,
