İtaliyalı general: "ABŞ-nin "F-47" qırıcı təyyarəsi Avropa layihələrinə rəqib deyil"

Dünya

11.06.2025 17:45

"ABŞ-nin altıncı nəsil perspektivli qırıcı təyyarəsi "F-47" Avropa istehsalı olan hərbi təyyarələrə rəqib deyil".

TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Hərbi Hava Qüvvələrinin generallarından Cian Domeniko Tarikko "Defense News" nəşrinə müsahibəsində bildirib.

O, Böyük Britaniya, Yaponiya və İtaliya tərəfindən birgə həyata keçirilən "Global Combat Air Programme" (GCAP) layihəsində iştirak edir.

“F-47 ilk növbədə ABŞ-yə məxsus döyüş təyyarəsidir, GCAP layihəsinə rəqib kimi nəzərdə tutulmayıb”, - deyə Tarikko bildirib.

Onun sözlərinə görə, GCAP və "F-47" təyyarələrinin birləşdirilmiş bir sistemin tərkib hissəsi kimi qarşılıqlı uzlaşması və uyğunluğu təmin olunmalıdır.

General əlavə edib ki, İtaliya və Böyük Britaniya, Yaponiyanın GCAP proqramını qrafikə uyğun şəkildə və sürətlə həyata keçirmək istəyini dəstəkləyir və bu istiqamətdə sıx əməkdaşlıq edirlər.

Töhfə Səməd

tag: ABŞ,F-47,GCAP,Təyyarə,todaypress.tv,