Ekspert: "Türkiyə ABŞ sanksiyalarından zərər görə bilər"
Dünya
06.08.2025 09:33
"ABŞ-nin Rusiyaya qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar Türkiyə iqtisadiyyatına ciddi təsir göstərə bilər. Səbəb isə Ankaranın Rusiya qazından asılı olmasıdır".
TodayPress TV xəbər verir ki, bu barədə “RİA”ya açıqlamasında türkiyəli politoloq Engin Özer danışıb.
Onun sözlərinə görə, Türkiyə sənayesinin enerji təchizatı əsasən Rusiya qazına söykənir və yaxın perspektivdə bu asılılığı əvəz edəcək alternativ mənbə yoxdur.
“Əgər ABŞ tərəfindən sanksiyalar tətbiq olunarsa, bu Türkiyənin sənaye sektoruna ciddi zərbə vuracaq. Çünki Rusiya qazına alternativ hələlik mövcud deyil”, – deyə Özer qeyd edib.
Ekspert əlavə edib ki, ABŞ-dən təklif olunan mayeləşdirilmiş təbii qaz qiymət baxımından Rusiya qazından əhəmiyyətli dərəcədə baha olduğundan, istehsal xərclərinin kəskin artımına səbəb ola bilər.
Qiymət Mahir
tag: ABŞ,Türkiyə,Rusiya, Engin Özer,Todaypress.tv,