AKP PKK-nın silah buraxması ilə bağlı açıqlama verdi

Dünya

11.07.2025 17:59

Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əfqan Ala PKK-nın silah buraxması ilə bağlı sosial şəbəkədə açıqlama verib.

TodayPress TV xəbər verir ki, Ala bu mühüm mərhələyə prezident Rəcəb Tayyib Ərdoğan, MHP lideri Dövlət Baxçalının qətiyyətli iradəsi, siyasi partilərin dəstəyi və xalqın verdiyi güclə gəldiklərini bildirib.

Ala qeyd edib ki, prosesin uğurla tamamlanması üçün hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir:

“Bölgədəki proseslər fonunda Türkiyədə 86 milyon insanın birlik və təhlükəsizliyini təmin etmək üçün atılan hər bir addım son dərəcə əhəmiyyətlidir. Bu vaxta qədər böyük diqqət və həssaslıqla aparılan işlər eyni qətiyyətlə davam edəcək. Terror zəncirini qırmış bir Türkiyə 86 milyonun ortaq gələcəyinə doğru inamla irəliləyəcək”.

Qiymət Mahir

tag: AKP,Əfqan Ala,PKK,Dövlət Baxçalı,Todaypress.tv,