Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin vaxtını açıqladı

Dünya

15.07.2025 11:13

Avropa İttifaqı (Aİ) ölkələri iyulun 15-də Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib. 

O, həmçinin razılaşmanın iyulun 15-də baş tutacağına ümid etdiyini, lakin iyulun 16-na da qala biləcəyini istisna etməyib.

Avropa diplomatiyasının rəhbəri ABŞ-nin də Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edəcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu addımlar Moskvaya siyasi və iqtisadi təzyiqi artırmağa xidmət edəcək.

Kaya Kallas, həmçinin G7 ölkələrinin Rusiya neftinə qarşı yeni aşağı qiymət həddi müəyyənləşdirəcəyinə də ümid etdiyini bildirib.

Bu, Rusiyaya qarşı Aİ tərəfindən tətbiq olunacaq 18-ci sanksiyalar paketi olacaq və onun əsas məqsədi Kremlə qarşı maliyyə və enerji sahəsində təzyiqləri artırmaqdır.

Türkan İsgəndərli

tag: Aİ,Rusiya,Sanksiya,ABŞ,Todaypress.tv,