Tramp BƏƏ ilə 200 milyard dollarlıq müqavilə imzaladı

Dünya

16.05.2025 10:56

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrini gücləndirəcəyinə söz verib. O, Körfəz dövləti ilə 200 milyard dollardan çox sövdələşmələr olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” yazıb. 

İki ölkə, həmçinin süni intellekt sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Mənbələr bildiriblər ki, sövdələşmələr Körfəz ölkəsinə ABŞ-nin qabaqcıl süni intellekt çiplərinə daha çox çıxış imkanı verəcək.

Tramp BƏƏ-yə səfərinə Körfəz ölkələrinə səfərinin son mərhələsində başlayıb və Qətərə səfəri zamanı Dohanın ABŞ hərbi obyektinə 10 milyard dollar sərmayə qoymaq planlarını alqışlayıb.   

Tramp BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdə deyib: 

“Mən şübhə etmirəm ki, əlaqələr daha da güclənəcək və daha yaxşı olacaq”.

Tramp deyib ki, mayın 13-də başlayan regional səfərindən sonra mayın 16-da Vaşinqtona qayıdacaq.

Türkan İsgəndərli

tag: Tramp,ABŞ,BƏƏ,MÜqavilə,TodayPress.tv,