Trampa tənqid: “Yaxın Şərqdə sülh vədi yerinə yetirilmədi”
Dünya
22.06.2025 15:00
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı Konqresin demokrat üzvləri tərəfindən tənqid olunub.
TodayPress TV xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Demokrat azlığının lideri Hakim Ceffris “TASS” agentliyinə açıqlamasında Trampı verdiyi vədləri pozmaqda və ölkəni müharibə riskinə sürükləməkdə günahlandırıb:
“Prezident Tramp Yaxın Şərqə sülh gətirəcəyini demişdi, lakin əksinə, bu gün müharibə riski dramatik şəkildə artıb. O, hərbi gücdən istifadə etmək üçün Konqresin icazəsini almadan ölkəni potensial fəlakətli bir müharibəyə sürükləyir”.
Qeyd edək ki, 22 iyun səhəri Tramp ABŞ-nin İranın üç nüvə obyektinə — Fordo, Natanz və İsfahan hava zərbələri endirdiyini bəyan etmişdi. Prezident Fordonu “əməliyyatın əsas hədəfi” adlandıraraq, “bura tam bombalanıb” demişdi.
Qiymət Mahir
tag: Donald Tramp,Dünya,ABŞ,İran,Todaypress.tv,