Aİ Ermənistanın Qara dəniz təşəbbüslərində iştirakını qiymətləndirir
Dünya
14.07.2025 17:44
Avropa Komissiyası Ermənistanın Qara dəniz regionuna dair Aİ təşəbbüslərində iştirakı imkanlarını qiymətləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan, Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Brüsseldə keçirilən görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunub.
Bəyanatda həmçinin Aİ-nin Ermənistanın “Sülhün kəsişməsi” adlı təşəbbüsünə dəstək verdiyi bildirilir. Sənədə əsasən, bu təşəbbüs regionda barışın təşviqinə, o cümlədən Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına xidmət edir.
Görüşdə tərəflər Ermənistanın Avropa islahatları prosesini, eləcə də Ermənistan parlamentinin bu ölkənin Aİ-yə üzvlük prosesinə başlamaqla bağlı qanun qəbul etməsini müzakirə ediblər.
Qiymət Mahir
tag: Avropa Komissiyası , Ermənistan,Qara dəniz,Aİ ,Todaypress.tv,