ABŞ-nin Gürcüstandakı səfiri istefa verdi
Dünya
05.06.2025 15:33
ABŞ-nin Gürcüstandakı səfiri Robin Duniqan diplomatik xidmətdən istefa verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə səfirin bəyanatı ABŞ səfirliyinin sosial media hesabında yayımlanıb.
"Otuz üç il ərzində ABŞ-ni diplomat kimi təmsil etdikdən sonra istefa vermək barədə şəxsi qərarımı verdim. Gürcüstanda səfir kimi xidmət etmək karyeramın ən böyük şərəfi olub", – deyə Duniqan bildirib.
O, qərarın şəxsi olduğunu və Vaşinqtondan heç bir geri çağırılma tələbi almadığını vurğulayıb. Duniqan iyula qədər vəzifəsində qalacağını və bu müddət ərzində ABŞ-Gürcüstan münasibətlərini möhkəmləndirmək üçün çalışacağını qeyd edib.
Qeyd edək ki, Robin Duniqan 2023-cü ilin oktyabrında səfir təyin edilib. O, bundan əvvəl ABŞ Dövlət Departamentində Mərkəzi və Şərqi Avropa məsələləri üzrə köməkçi katibin müavini və 2018–2021-ci illərdə Avstriyada missiya rəhbərinin müavini vəzifələrində çalışıb.
Türkan İsgəndərli
tag: ABŞ,Gürcüstan,Səfir,İstefa,todaypress.tv,