Aİ Belçikadan Rusiya aktivlərinin istifadəsinə razılıq tələb edir
Dünya
08.10.2025 11:21
"Avropa İttifaqı Belçikaya təzyiqləri artırır ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya reparasiya krediti üçün istifadəsinə icazə verilsin".
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiyaya məxsus 194 milyard avro dəyərində aktivlərin 170 milyard avrosu, Belçikanın “Euroclear” depozit təşkilatında saxlanılan və ödəmə müddəti başa çatmış vəsaitlərə çevrilmiş aktivlərdir. Aİ bu vəsaitləri Ukraynaya hissə-hissə təqdim etmək istəyir.
“Belçika üç il ərzində iddia edirdi ki, “Euroclear” Belçika şirkətidir və onun fəaliyyətindən əldə edilən gəlir Belçikaya məxsusdur. İndi isə risklərin bölüşdürülməsini istədiyi zaman deyir ki, bu, Avropa şirkətidir”, - deyə Aİ-nin bir diplomatı bildirib.
Aysel Mətləb
tag: Belçika ,Aİ,Rusiya,Avropa,Todaypress.tv,
