Lavrov: “3+3” formatının bərpası üçün ən münasib vaxtdır"

Dünya

08.09.2025 15:03

Cənubi Qafqazda “3+3” platforması çərçivəsində əməkdaşlığın bərpasına ümid ifadə olunub.

TodayPress TV xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov MGİMO-da müəllim və tələbələrlə görüşündə bildirib: 

“Çox ümid edirik ki, vaxtilə Türkiyə və Azərbaycanın irəli sürdüyü, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində iş yenidən bərpa olunacaq. Cənubi Qafqazın üç dövləti – Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu – İran, Türkiyə, Rusiya… Hazırda hesab edirik ki, bu formatın bərpası üçün ən münasib vaxtdır”.

Nazirin sözlərinə görə, İran prosesi dəstəkləyir, Türkiyə və Azərbaycan isə təşəbbüsün müəllifləridir. Lavrov yaxın vaxtlarda görüşün keçiriləcəyinə ümid etdiyini də vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Cənubi Qafqaz,“3+3”, Sergey Lavrov,Rusiya ,Todaypress.tv,