Türkiyə ABŞ mallarına tətbiq etdiyi rüsumları ləğv etdi

Dünya

22.09.2025 10:10

Türkiyə 2018-ci ildən ABŞ-dən gətirilən bəzi məhsullara tətbiq etdiyi əlavə idxal rüsumlarını aradan qaldırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Gazete" məlumat yayıb.

Qərar 33 məhsul kateqoriyasına aiddir. Bunlara spirtli içkilər, minik avtomobilləri, tütün məhsulları və kosmetika daxildir.

Türkiyə Ticarət Nazirliyi bildirib ki, bu addım ABŞ ilə aparılan uğurlu danışıqlardan sonra atılıb. Nazirlik həmçinin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq məqsədi ilə işlər davam edəcək.

Əlavə rüsumların ləğvi qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri ərəfəsində verilib. Ərdoğan BMT Baş Assambleyasında iştirak edəcək və sentyabrın 25-də ABŞ prezidenti Donald Trampla görüşəcək.

Qeyd edək ki, Türkiyə bu rüsumları 2018-ci ildə ABŞ-nin türk mallarına rüsum tətbiq etməsinə cavab olaraq artırmışdı.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Türkiyə,Rüsum,Ticarət,Todaypress.tv,