Aİ ABŞ mallarına qarşı rüsum tətbiq edəcək

Dünya

15.07.2025 13:58

Avropa Komissiyası ABŞ-nin Avropa İttifaqından (Aİ) gələn məhsullara 30 faizlik gömrük rüsumu tətbiq etmə qərarına cavab olaraq, 84 milyard dollar dəyərində ABŞ mallarına rüsum tətbiq etməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr qeyd edir ki, bu siyahı Avropa məhsullarına tətbiq edilə biləcək rüsumlara qarşı ikinci cavab tədbiridir. Daha əvvəl, ABŞ polad və alüminiuma 10% rüsum tətbiq etdikdə, Aİ ilk cavab siyahısını hazırlamışdı. 

Yeni cavab siyahısına maşınqayırma məhsulları, kimya və plastik sənaye məhsulları, tibbi cihazlar və elektrik avadanlıqları, şərablar və kənd təsərrüfatı məhsulları daxildir.

Hazırkı vəziyyət, Aİ və ABŞ arasında ticarət münasibətlərinin gərginləşə biləcəyi ehtimalını artırır. Aİ-nin cavab tədbirləri ABŞ iqtisadiyyatına təsir göstərə biləcək geniş spektrli məhsulları əhatə edir və bu, iki tərəf arasında yeni bir ticarət mübahisəsinin başlaya biləcəyi anlamına gəlir.

Türkan İsgəndərli

tag: ABŞ,Rüsum,Aİ,Polad,Todaypress.tv,