Merts Ərdoğana Ukrayna məsələsi üzrə vasitəçiliyinə görə təşəkkür etdi

Dünya

25.06.2025 18:03

Almaniya kansleri Fridrix Merts NATO-nun Haaqa sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü və ona Ukraynada münaqişənin tənzimlənməsi istiqamətində oynadığı vasitəçi roluna görə təşəkkür etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Haaqada keçirilən mətbuat konfransında məlumat verib.

“Ərdoğanla uzun bir söhbətim oldu. Mən ona təşəkkür etdim ki, Türkiyə bu münaqişədə vasitəçi rolunu oynamağa hazırdır və belə görüşlərin təşkili üçün İstanbul və ya Ankaranı təklif edir”, - deyə Merts bildirib. 

Almaniya kansleri əlavə edib ki, Türkiyə prezidentindən Rusiyaya və şəxsən Vladimir Putinə təsir göstərməyi xahiş edib ki, tərəflər danışıqlar masasına əyləşsinlər.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu 2 iyunda baş tutub. Görüş nəticəsində tərəflər sülh razılaşmasına dair memorandum layihələrini mübadilə edib, həmçinin ağır yaralı əsirlərin və həlak olmuş hərbçilərin cəsədlərinin qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. 

Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, danışıqların növbəti mərhələsinin vaxtı iyunun 22-dən sonra müəyyən ediləcək.

Töhfə Səməd 

tag: Almaniya,Merts,Rusiya,Ukrayna,Ərdoğan ,Türkiyə,Azərbaycan ,Prezident,İlham Əliyev,nasimibaladiyyasi.az,