Polşa Rusiya və Belarusu araşdıran komissiyanı ləğv etdi

Dünya

31.07.2025 12:06

Polşanın Baş naziri Donald Tusk Rusiya və Belarusun ölkə siyasətinə təsirini araşdıran komissiyanı ləğv edib. 

TodayPress TV xəbər verir ki, bu barədə onun imzaladığı rəsmi sərəncamda məlumat verilir.

Sənəddə bildirilir ki, “2004–2024-cü illərdə Rusiya və Belarusun Polşanın daxili təhlükəsizliyinə və maraqlarına təsiri” ilə bağlı yaradılmış komissiya ləğv olunur.

Qeyd edək ki, komissiya 2024-cü ilin mayında Tuskun sərəncamı ilə yaradılıb. Onun tərkibinə baş nazirin tövsiyə etdiyi 11 ekspert və əsas dövlət qurumlarının rəhbərləri daxil idi.

Tusk daha əvvəl bildirib ki, Rusiyanın kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfər saxlanılıb. O, Polşanın dövlət sabitliyini pozanlara qarşı sərt tədbirlər görəcəyini vurğulayıb.

Türkan İsgəndərli

tag: Polşa,Rusiya,Belarus,Komissiya,Todaypress.tv,