Trampın G7 sammitini vaxtından əvvəl tərk etməsinin əsl səbəbi ÜZƏ ÇIXDI
Dünya
19.06.2025 18:00
ABŞ Prezidenti Donald Tramp Kanadada, 15–17 iyun tarixlərində baş tutan "Böyük Yeddilik" (G7) sammitini 16 iyunda, yəni tez tərk edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məqalə yazıb.
Məqalədə bildirilib ki, ABŞ lideri Trampın izahına görə, o, Vaşinqtona qayıdaraq Yaxın Şərqdəki vəziyyətlə məşğul olmalı idi. Lakin o, sammitin sonunda liderlər tərəfindən imzalanacaq birgə bəyanatı gözləmədən geri dönüb və İran-İsrail münaqişəsinə dair yekun sənədi imzalamayıb.
Qəzetin diplomatik mənbələrə istinadla yazdığına əsasən, Trampın sammiti erkən tərk etməsinin əsas səbəblərindən biri də Prezidenti Emmanuel Makronun əvvəlcə Qrenlandiyaya səfər etməsi və Fransa liderinin Trampın bu adaya nəzarət etməsi planına qarşı çıxması olub. Eyni zamanda, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə maraq göstərmədiyindən də toplantıdan vaxtından əvvəl ayrılmağa qərar verib.
Ağ Ev Trampın bu addımını bir sıra vacib məsələlərin həllinə vaxtında yetişmək üçün atıldığını açıqlasa da, Tramp daha sonra Makronun fikirlərini təkzib edib. ABŞ Prezidenti bəyan edib ki, Makron daima hər şeyi səhv anlayır və onun G7 sammitini tərk etməsinin əsl səbəbi tamamilə fərqlidir.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp, Kanada,Böyük Yeddilik,