Türkiyə Ukrayna-Rusiya sülhündə rol oynamağa hazırdır

Dünya

04.09.2025 18:10

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İstəklilər koalisiyası”nın iştirakçılarına respublikanın Ukrayna nizamlanmasında aparıcı rol oynamağa hazır olduğunu təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, Yılmaz, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından “İstəklilər koalisiyası”nın videokonfrans toplantısında iştirak edib. 

"Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edərək, "İstəyənlər koalisiyası"nın 5-ci onlayn sammitində iştirak etdim. Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsi üçün diplomatik səylər müzakirə edilib. Türkiyə bir daha bəyan edir ki, bütün sahələrdə sülh və diplomatiya arasında aparıcı rol oynamağa hazırdır”, - deyə o bldirib. 

O həmçinin qeyd edib ki, Ankara ədalətli və davamlı sülh əldə olunana qədər bütün mövcud resurslarla diplomatik prosesə töhfə verməyə davam edəcək. 

Aysel Mətləb

tag: Türkiyə,Ukrayna,Rusiya,Sülh,Todaypress.tv,