ABŞ Polşaya 4 milyard dollar hərbi kredit ayırdı

ABŞ Polşaya 4 milyard dollar hərbi kredit ayırdı
25.07.2025 14:40 Dünya

ABŞ Polşaya 4 milyard dollar hərbi kredit ayırdı  ABŞ Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində Polşaya 4 milyard dollar məbləğində hərbi kredit ayrılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Baş nazirin müavini Vladislav Kosinyak-Kamış ABŞ-nin FMF proqramı çərçivəsində Polşaya kredit zəmanətlərinin ayrılmasına dair saziş imzalayıb.

Kosinyak-Kamış bildirib ki, Polşa bu proqramdan ən çox faydalanan ölkəyə çevrilib. Onun sözlərinə görə, ayrılan vəsait Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə istifadə olunacaq.

Bu addım, NATO-nun şərq cinahında təhlükəsizliyin artırılması və Polşanın müdafiə infrastrukturunun gücləndirilməsi baxımından mühüm addım hesab olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər