ABŞ-nin tarifləri Çində fabriklərin bağlanmasına səbəb olur
Dünya
03.06.2025 11:55
ABŞ-nin tətbiq etdiyi tariflər səbəbindən Çin fabriklərinin fəaliyyəti azalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bu, Çin istehsalında səkkiz ayın ilk daralmasıdır.
"Caixin/S&P Global" istehsal indeksi 50,4-dən 48,3-ə düşərək son 32 ayın ən aşağı səviyyəsinə enib. Yeni sifarişlər 2022-ci ilin sentyabrından bəri ən aşağı göstəriciyə düşüb, sənaye istehsalı isə 2023-cü ilin oktyabrından sonra ilk dəfə azalıb.
İxrac sifarişləri də ardıcıl ikinci ay azalıb. Şirkətlər bunu ABŞ-nin tarifləri və azalan tələblə əlaqələndirirlər. Qiymətlər altı aydır enməkdə davam edir, fabriklərdə iş yerləri ixtisar olunur.
Qeyd edək ki, mayın 12-də ABŞ və Çin arasında tariflərin 90 gün müddətinə müvəqqəti azaldılması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, tərəflər bir-birinin mallarına tətbiq etdikləri yüksək rüsumları aşağı salıblar.
Belə ki, ABŞ-nin Çin mallarına qoyduğu 145 faiz tarif 30 faizə, Çinin ABŞ mallarına tətbiq etdiyi 125 faiz tarif isə 10 faizə endirilib.
Türkan İsgəndərli
tag: ABŞ,Çin,Tarif,Fabrik,todaypress.tv,