ABŞ kəşfiyyatının gözü Maduronun üzərindədir
Dünya
21.10.2025 16:16
ABŞ kəşfiyyatı Venesuela Prezidenti Nikolas Maduronun hərəkətlərini izləyir, lakin onu öldürmək planı yoxdur.
TodayPress TV bu barədə "Axios" xəbər agentliyinin mənbələrinə istinadən xəbər verir.
Portalın məlumatına görə, ABŞ Karib dənizində narkotik ticarətini dayandırmaq və ehtimal ki, Venesuela liderini devirmək məqsədilə səkkiz həftəlik hərbi kampaniya aparır.
Ötən həftə Prezident Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli əməliyyatlarına icazə verdiyini təsdiqləyib. Mənbə bildirib ki, ABŞ Maduronun harada olduğunu bilir və onu raketlə məhv etmək fikri yoxdur: “Əgər biz onu raketlə məhv etmək istəsəydik, bunu artıq edərdik.”
Administrasiya vəziyyəti Maduronun üçün dözülməz etmək üçün dəniz donanması, gizli əməliyyatlar və digər təzyiq vasitələrindən istifadə etməyi planlaşdırır. Tramp administrasiyasının rəsmiləri Maduronun ya devriləcəyinə, ya da sürgünə göndəriləcəyinə inanır, baxmayaraq ki, ekspertlər onun rejiminin çevrilişə qarşı davamlı olduğunu bildirirlər.
Axios mənbələri Trampın Maduroya qarşı “bir növ quru hücumu” da nəzərdən keçirə biləcəyini istisna etmir. ABŞ daha əvvəl Venesuela yaxınlığına elit xüsusi əməliyyat alayları yerləşdirmişdi.
Jalə Rövşən
tag: Nikolas Maduro,ABŞ,Kəşfiyyat,Venesuela ,Todaypress.tv,
