ABŞ Karib dənizində hərbi mövcudluğunu artırır

Dünya

05.09.2025 07:29

Vaşinqtonun Latın Amerikası kartellərinə qarşı mübarizəsini gücləndirməsi və Venesuela ilə münasibətlərin gərginləşməsi fonunda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində mövcudluğunu artırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Peyk görüntülərinə görə, bölgəyə gəmilərin toplaşmasına avqust ayından başlanılıb. Daha əvvəl azı 8 gəmi və 1 sualtı qayığın cəlb olunduğu bildirilirdi.

Sübutlarda Panama sahillərində idarə olunan raket sistemi ilə təchiz olunmuş "USS Sampson" esminesi, "USS Gravely" və "USS Jason Dunham" esminesləri, həmçinin "USS Minneapolis-St. Paul" sahil zonası gəmisi qeydə alınıb.

Puerto Rikonun cənubunda isə "Iwo Jima" universal desant gəmisi, "USS San Antonio" desant nəqliyyat-doku və "USS Fort Lauderdale" desant-helikopter gəmi-doku yerləşdirilib.

TodayPress TV

tag: ABŞ,Dəniz,Karib,Hərbi,Todaypress.tv,