ABŞ-də vətəndaş müharibəsi başlayır

Dünya

22.06.2025 01:00

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında çıxışı zamanı ABŞ-də aşağı intensivlikli vətəndaş müharibəsinin artıq başladığını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

“Fikrimcə, Amerikanın vətəndaş müharibəsi silahlı iki düşərgənin bir-birinə qarşı çıxması formasında olmayacaq. Hər şey daha mürəkkəb olacaq, amma mənə elə gəlir ki, bu müharibə artıq başlayıb”, - deyə senator vurğulayıb.

Puşkovun sözlərinə görə, bu qarşıdurma təkcə irqi zəmində baş vermir – münaqişələrə həm immiqrantlar, həm də ABŞ-nin ağdərili əhalisi cəlb olunub. Bu isə cəmiyyətin dərin parçalanmasının göstəricisidir.

Siyasətçinin fikrincə, qarşıdurma zaman-zaman alovlanacaq, sonra sönəcək və yenidən müxtəlif formalarda özünü göstərəcək. 

O qeyd edib ki, bu prosesin əsas səbəbləri sosial xarakter daşıyacaq, siyasi düşərgələr – xüsusilə demokratlar və respublikaçılar – isə bu ziddiyyətlərdən öz mövqelərini gücləndirmək üçün istifadə edəcəklər.

Töhfə Səməd

tag: Rusiya,ABŞ,Vətəndaş müharibəsi,Todaypress.tv,