ABŞ-də Kirkin anım mərasiminin keçirildiyi yerdə silahlı şəxs saxlanıldı

Dünya

20.09.2025 11:00

ABŞ-də Kirk üçün planlaşdırılan anım mərasimi yerində silahlı şəxs saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

“Siyasi fəal Çarli Kirk üçün planlaşdırılan anım mərasimi yerində silahlı şəxs saxlanılıb”, - deyə məlumatda bildirilib. 

"Silahlı şəxs cümə günü Arizona ştatında anım mərasiminin keçiriləcəyi stadiona daxil olduqdan sonra həbs edilib", - həmçinin deyilir.

Qeyd edək ki, Kirkə qarşı sui-qəsd sentyabrın 10-da baş verib. Həmin gün fəal Yuta ştatında universitetin kampusunda çıxış edirdi. Hadisə zamanı o, təxminən 180 metr məsafədən vurularaq boyun nahiyəsindən zərbə alıb. 

Kirk xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Orxan Saffari

TodayPress TV

tag: ABŞ,Kirk,Anım,Saxlanılma,Todaypress.tv,