ABŞ 48 saat ərzində qərar verəcək

Dünya

18.06.2025 10:01

ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi yaxın 24–48 saat ərzində bəlli olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Vaşinqtondan verilən məlumata görə, ABŞ hələ də İrandan uranın zənginləşdirilməsindən tam imtina və danışıqlara razılıq gözləyir. Analitiklər hesab edir ki, Tehranın zəifləyən mövqeyi onu razılaşmaya məcbur edə bilər.

Əgər prezident Donald Tramp münaqişənin genişlənməsini seçərsə, ABŞ-nin İsrailin malik olmadığı xüsusi “bunker dağıdan” bombalardan istifadə edərək, Fordodakı yeraltı nüvə obyektini vurması gözlənilir.

Qeyd olunur ki, daha əvvəl Tramp ABŞ rəsmilərini Yaxın Şərqə danışıqlara göndərmək planından imtina etmiş və daha sərt mövqeyə meylləndiyini bildirmişdi. Hazırda ABŞ-nin İsrail-İran münaqişəsinə birbaşa qoşulması ehtimalı ciddi şəkildə müzakirə olunur.

Bəzi mənbələrin qiymətləndirməsinə görə, iyula qədər ABŞ-nin İrana zərbə endirmə ehtimalı 75 faizdir.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Yaxın Şərq,İran,İsrail,Todaypress.tv,