Yaponiyanın Baş naziri "qüvvələr balansında tarixi dəyişiklik" elan etdi
Dünya
24.10.2025 09:59
"Qlobal birlik “qüvvələr balansında tarixi dəyişikliklərlə” və intensivləşən geosiyasi rəqabətlə üz-üzədir".
TodayPress TV xəbər verir ki, bunu Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Dietdə təşkil olunan andiçmə mərasimində deyib:
“Bizim tanıdığımız azad, açıq və sabit dünya nizamı qüvvələr balansındakı tarixi dəyişikliklər və intensivləşən geosiyasi rəqabətlər fonunda sınaqdan keçirilir”.
Tokionun xarici siyasətindən danışan Takaiçi dünyanın tam mərkəzində çiçəklənəcək Yapon diplomatiyasını canlandıracağına söz verib.
ABŞ ilə müttəfiqliyin Yaponiyanın diplomatiya və təhlükəsizlik siyasətinin təməl daşı olduğunu vurğulayan Takaiçi, Tokionun Yaponiya-ABŞ-Cənubi Koreya, Yaponiya-ABŞ-Filippin və Yaponiya-ABŞ-Avstraliya-Hindistan da daxil olmaqla çoxtərəfli təhlükəsizlik məsləhətləşmə formatlarını dərinləşdirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Aysel Mətləb
tag: Yaponiya,Baş nazir,Sanae Takaiçi,Elan,Todaypress.tv,
