2001-ci ildə Ermənistana hücum olacaqdı: əməliyyatın adı belə idi – Poqosyandan ŞOK
“Türkiyə Silahlı Qüvvələri 2001-ci ildə Ermənistana qarşı hərbi əməliyyatlara hazırlaşırdı”.
TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq Ara Poqosyan qeyd edib.
Onun sözlərinə görə, “ALTAY” kod adlı hərbi plan barədə məlumatlar ilk dəfə 2019-cu ildə İsveçdə fəaliyyət göstərən “Nordic Monitor” jurnalında dərc edilib.
“Plan 2001-ci il iyulun 13-də hazırlanıb. Sənədlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin “OĞUZTÜRK” kod adlı ayrıca hava əməliyyatı planı da olub.
2016-cı ildə Ankara yaxınlığındakı Akıncı aviabazasında məxfi sənədlərin yoxlanılması zamanı “OĞUZTÜRK” planına aid bəzi səhifələrin itdiyi müəyyənləşdirilib və bununla bağlı araşdırma başlanılıb”, – Poqosyan nəşrə istinadən yazıb.
Politoloq qeyd edir ki, həmin materiallarda Ermənistan–Azərbaycan müharibəsi zamanı Rusiyanın İrəvana mümkün dəstəyi ilə bağlı strateji qiymətləndirmələr aparıldığı iddia olunur:
“Türkiyənin sabiq baş naziri Tansu Çillərin dövründə Rusiya və ABŞ bu plana dərhal qarşı çıxdı (halbuki T.Çillər 1993-1996-cı illərdə baş nazir olub – red). Ondan sonra həmin planın icrası dayandırıldı”.
Qeyd edək ki, “ALTAY” planı ilə bağlı məlumatlar heç bir rəsmi və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.