Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
21.09.2026 12:45 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

TodayPress TV xəbər verir ki, başsağlığında deyilir:

"Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər