Xaçmazda yol nişanlanma işləri davam etdirilir

Cəmiyyət

24.07.2025 12:39

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.

TodayPress TV xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti, Bakı və H.Z.Tağıyev küçələrində üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. 

Ümumilikdə 40 km-dən çox ərazidə xətləmə işləri aparılıb.

Bununla yanaşı, Heydər Əliyev prospektində 9, Bakı küçəsində 3, H.Z.Tağıyev küçəsində isə 5 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

tag: AYNA,Xaçmaz,Yol,Nişanlama,Todaypress.tv,

photo
photo
photo
photo
photo