Bakıda MMA üzrə Azərbaycan Kuboku keçirildi

Cəmiyyət

09.06.2025 11:51

7–8 iyun 2025-ci il tarixlərində Bakıda MMA üzrə Azərbaycan Kuboku uğrunda yarış təşkil olunub.

TodayPress TV xəbər verir ki, turnir Beynəlxalq IMMAF Federasiyasının himayəsi altında keçirilib.

Çempionatın əsas məqsədi qaliblərin IMMAF MMA üzrə Dünya Çempionatında iştirakını təmin etməkdir.

Sözügedən beynəlxalq yarış 20–27 iyul tarixlərində BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutacaq.

Qeyd edək ki, IMMAF hazırda dünyada ən nüfuzlu və əhəmiyyətli həvəskar MMA təşkilatı kimi tanınır.

tag: Bakı,MMA,Azərbaycan,Kubok,Todaypress.tv,

photo