Son altı ayda telekanallarda 5 qanun pozuntusu faktı aşkarlanıb

Cəmiyyət

21.07.2025 11:29

Bu ilin altı ayı ərzində telekanallarda aparılan monitorinqlər nəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Qeyd edilib ki, pozuntu hallarından ikisi “Media haqqında” qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi “Reklam haqqında” qanunun 4.3-cü maddəsinin (reklam olunan tibb müəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə) tələblərinin pozulması ilə bağlı olub.

Məlumata görə, bu pozuntulara görə yayımçılara ümumilikdə 3 yayımın dayandırılması (üç saat – 2 dəfə, iyirmi dörd saat – 1 dəfə) sanksiyası, 2 xəbərdarlıq tətbiq edilib.

Bildirib ki, bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı protokol tərtib edilməyib.

tag: Telekanal,Qanun,Pozuntu,Fakt,Todaypress.tv,