DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi

Cəmiyyət

24.07.2025 16:54

İyul ayının 24-də Dövlət Sərhəd Xidmətinin  Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, mərasimdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuş, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. 

Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin hərbi, siyasi qüdrəti daha da artır, ölkəmiz beynəlxalq arenada  söz sahibinə çevrilir.

Sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Azərbaycan sərhədçisi bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla yerinə yetirir.

Gənc sərhədçilərin valideynləri övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirmiş, yaradılan şəraitə görə dövlət başçımıza və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda əsgərlər tərəfindən təntənəli keçid olmuş, xidmətdə fərqlənən hərbi qulluqçular təltifləndirilib.

tag: DSX,Gənc,Əsgər,Andiçmə,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo