Sahilboyu ərazilərdə profilaktik tədbirlər davam etdirilir
Cəmiyyət
23.07.2025 15:18
Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Paytaxtın Xəzər, Binəqədi, Qaradağ və Səbail rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib. Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 15 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.
Bir daha diqqətə çatdırırıq ki, qeyd olunan profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.
tag: Polis ,Sahil,Nəzarət,DİN,Todaypress.tv,