Narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirildi

Cəmiyyət

29.05.2025 12:14

6

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və “Şəmkir” sərhəd dəstəsində Respublika Hərbi Prokurorluğunun əməkdaşları ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində tədbir keçirilib.  

TodayPress TV xəbər verir ki, çıxış edənlər şəxsi heyətə narkomaniyanın fəsadlarından, narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən, xüsusilə mərkəzi sinir sisteminə, psixi sağlamlığa və ümumi həyat keyfiyyətinə mənfi təsirlərindən danışıb, onun sosial-mədəni problemlərə yol açdığını, ailə münasibətlərinin pozulması, iş qabiliyyətinin azalması, eləcə də kriminal fəaliyyətlərin artması kimi ciddi nəticələrə səbəb olduğunu qeyd ediblərş 

Bildirilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında sağlam həyat tərzinin təşviqi, hüquqi biliklərin artırılması və narkotik vasitələrə qarşı ictimai həssaslığın gücləndirilməsidir.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb, fikirləri dinlənilmiş və narkomaniyaya qarşı mübarizədə fərdi məsuliyyətin önəmi xüsusi vurğulanıb. 

tag: Narkomaniya,Tədbir,Şəmkir,Qazax,Todaypress.tv,