Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
20.10.2025 17:01 Cəmiyyət

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə TodayPress TV-də "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər