Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək
Cəmiyyət
31.07.2025 10:42
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək.
Bu barədə Dövlət qurumundan TodayPress TV-yə verilən məlumata görə, avqustun 4-də təşkil ediləcək qəbula Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar qatıla bilərlər.
Qəbul saat 11:00-da Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.
Bildirilib ki, Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
tag: Ramin Məmmədov,Vətəndaş,Qəbul,Komitə,Todaypress.tv,
