Qeyri-iş günlərində Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlandı

Cəmiyyət

30.06.2025 21:00

Silahlı Qüvvələr Günü və qeyri-iş günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi 26-29 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TodayPress TV xəbər verir ki, gücləndirilmiş iş rejimi ərzində BBAK – dan bölgələrə 1249 reys həyata keçirilib, 27510 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib.

Biletlər BBAK - ın kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Sərnişinlərin rahat formada bölgələrə çatdırılması təmin olunub.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub

tag: Bayram,Səyahət,Bakı,Todaypress.tv,