Magistral yolda sürət həddi endirilir

Cəmiyyət

29.07.2025 14:20

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bununla yanaşı, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur. 

Hazırda qeyd olunan yol sahəsində müvafiq yol  nişanlarının quraşdırılması işləri aparılır.

Hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur.

tag: AYNA,Yol,Sürət,Hədd,Todaypress.tv,