Ombudsman Səbinə Əliyeva: ”Uşaq mərkəzləri ilə bağlı da problemlər mövcuddur”

Cəmiyyət

09.10.2025 15:06

”Uşaq mərkəzləri ilə bağlı da problemlər mövcuddur”

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası zamanı deyib.

“Oxşar vəziyyət loqoped, defektoloq  kimi xidmətləri göstərən, Autizm Spektr Pozuntusu olan uşaqlarla işləyən çoxsaylı uşaq mərkəzləri üçün də xarakterikdir. Uşaqlar və həssas qruplarla işləyən qurumların fəaliyyətində etik prinsiplərə, xüsusən də məxfilik və ləyaqətə hörmətə riayət olunması əsas prioritetdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən mərkəzlərin işinin şəffaf mexanizmlərlə tənzimlənməsi, icazə və nəzarət prosedurlarının “uşağın ən yaxşı mənafeyi” prinsipinə uyğunlaşdırılması uşaqların hüquq və mənafelərinin təmin edilməsi baxımından olduqca aktualdır”.

TodayPress TV

tag: Ombudsman,Səbinə Əliyeva,Tədbir,Çıxış,Todaypress.tv,