Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67%-i yekunlaşdı
Cəmiyyət
25.08.2025 13:02
İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.
Qeyd olunur ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.
tag: ADY,Yol,Proses,Açıqlama,Todaypress.tv,