Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul etdi
Cəmiyyət
11.07.2025 16:19
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib
TodayPress TV xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib.
11 iyul 2025-ci il tarixində keçirilən qəbul zamanı Balakən və Zaqatala rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında uşaqla ünsiyyət, sosial dəstəyin göstərilməsi, işlə təmin olunma, ailələr arasında yaranan problemin həllinə köməklik göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların müalicəsi, əlillik statusunun təyin olunması, ailədaxili münasibətlər və digər məsələlər yer alıb.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Balakən,Qəbul,Todaypress.tv,








