Qrip mövsümü başlayıb: Kimlər risk altındadır?

Qrip mövsümü başlayıb: Kimlər risk altındadır?
30.12.2025 17:36

Qış fəslinin gəlməsi ilə böyüklər, eləcə də uşaqlar arasında qrip və digər yuxarı tənəffüs yolları infeksiyalarının artdığı müşahidə olunur. Belə hallarda onlarda boğaz ağrısı, quru öskürək və uzun çəkən sağalma müddəti müşahidə edilir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən endokrinoloq-pediatr Sevda Novruzlu bildirib ki, xəstəliklər əsasən virusların yuxarı tənəffüs yollarını zədələməsi nəticəsində yaranır:


"Bu, yuxarı tənəffüs yollarının virus infeksiyalarıdır. İmmun sistemi güclü olan, təmiz havada olan və balanslı qidalananlar xəstəliyə daha gec yoluxur. İmmun sistemi zəif olan uşaqlar, xroniki xəstəlikləri, allergiyaları və ya otoimmun riskləri olanlar yoluxduqda xəstəlik daha uzun çəkir. Xəstəliklərin uzun çəkən səbəbi vaxtında həkimə müraciət etməməkdir".

Pediatr əlavə edib ki, öskürək müalicə ilə qısa müddətlik aradan qalxa bilər, amma düzgün müalicə olunmadıqda bir müddət sonra geri qayıda bilər:

"Virus yoluxması zamanı mütləq virus əleyhinə preparatlar və immun sistemini gücləndirən tədbirlər tətbiq edilməlidir. Güclü orqanizm xəstəliyi yüngül keçirir. Xəstəliyin ilk əlaməti öskürəkdir. Həm quru, həm bəlğəmli öskürəyin tam sağalandan 10-15 gün sonra geri qayıtması mümkündür. Ona görə də hər hansı xəstələnmə müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək və lazımi müalicəni almaq vacibdir".

Sevda Novruzlu tövsiyə edib ki, immun sistemini gücləndirmək, balanslı qidalanmanı təmin etmək və infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına riayət etmək önəmlidir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 Все новости