Səbinə Hacıyeva: Məsuliyyət yalnız dövlətin deyil, hər kəsin işidir

Səbinə Hacıyeva: Məsuliyyət yalnız dövlətin deyil, hər kəsin işidir
20.05.2026 14:33 Xarici siyasət

“Tarixi şəhər məhəllələrinin qorunması yalnız dövlətin və ya sakinlərin üzərinə qoyulmamalı, bu proses birgə məsuliyyət prinsipi əsasında həyata keçirilməlidir”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva deyib. 

O qeyd edib ki, tarixi şəhərlərdə problemlər heç vaxt tam bitmir və buna görə davamlı idarəetmə sistemi tələb olunur: 

“Tarixi məhəllələrin problemləri heç vaxt dayanmır, ona görə də davamlı sistem qurulmalıdır. Ən effektiv model yerli sakinlərin, hökumətin və donorların birgə iştirakı ilə formalaşır. Əgər bütün maliyyə yükü yalnız tarixi binalarda yaşayan insanların üzərinə düşərsə, onlar yalnız imkanları çərçivəsində iş görə bilərlər. Tarixi məhəllələrdə yaşayan insanların əksəriyyəti sosial baxımdan həssas təbəqəyə aiddir və lazımi işləri həyata keçirmək üçün kifayət qədər maliyyəyə malik deyil”.

S.Hacıyeva əlavə edib ki, keçmiş sovet respublikalarında olduğu kimi bütün məsuliyyət yalnız dövlətin üzərinə qoyulduqda da problemlər yaranır: 

“Bu halda sakinlər öz məsuliyyətlərini hiss etmirlər. Ən düzgün yanaşma dövlət qurumları, yerli maraqlı tərəflər və donorlar arasında ortaq məsuliyyət və imkan bölgüsünün yaradılmasıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
“Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 ABŞ Ukraynaya görə silah istehsalını əhəmiyyətli dərəcədə artırır - müdafiə naziri bəyan etdi 20:29 ABŞ daha bir gəmini sıradan çıxardı 20:16 İlanı vurmaq istədi, 5 nəfəri yaraladı 19:25 Все новости