Luk Reinette: "Məktəblərdə dezinformasiyalar yayılır"

Xarici siyasət

25.06.2025 10:04

“Məktəblərdə müstəmləkə altında olan uşaqlara dəfələrlə “bizim əcdadlarımız qallardır” ifadəsini təkrarlayırıq. Lakin bu, onların tarixini və əsl kimliyini afrikalı, maqrebli və ya asiyalı olmalarını inkar etmək üçün bir uydurmadır”. 

TodayPress TV xəbər verir ki, Qvadelup nümayəndəsi, fransızdilli müəllif və yazıçı Luk Reinette bunu “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.

O, məktəblərdə yayılan dezinformasiyalar və saxtalaşdırılmış tarixdən haqqında danışıb: 

"Müstəmləkə müəllimləri, uşaqlara uydurulmuş bir milli roman vasitəsilə, yalan uşaqlıq xatirəsi təlqin edərək, saxta tarixə inandırmaq istəyirlər. Hətta bu ideyanı o qədər irəli aparıblar ki, 20-ci əsrdə Victor Schœlcherə Martinikdə bir şəhər adı verilib”.

Töhfə Səməd

tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,