Bahar Muradova: Münaqişələr qadınların problemlərini dərinləşdirir
“Gender mühitini nəzərə alan yanaşmalar şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin həyati əhəmiyyətli hissəsinə çevrilib”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri çıxışında qlobal miqyasda qadın və qızların mənzil təminatı sahəsində qarşılaşdıqları çətinliklərə diqqət çəkərək, silahlı münaqişələrin, humanitar böhranların və iqlim dəyişikliyinin bu problemləri daha da kəskinləşdirdiyini bildirib:
“Dünyanın bir çox yerində qadınlar hələ də adekvat mənzil təminatı və təhlükəsiz yaşayış şəraitinə çıxışda ciddi çətinliklərlə üzləşirlər. Mülkiyyət hüquqlarına, iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər çıxış isə mövcud bərabərsizlikləri daha da dərinləşdirir".
Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma təcrübəsinə toxunan Bahar Muradova, ölkəmizin tətbiq etdiyi inkişaf modelinin əhəmiyyətini vurğulayıb:
“Uzun illər boyu münaqişənin fəsadlarını yaşamış bir ölkə olaraq, Azərbaycan post-münaqişə dövründə davamlı yenidənqurma modelini və insan mərkəzli şəhər inkişafını təşviq edir. Azad edilmiş ərazilərimizin genişmiqyaslı bərpası və yenidən qurulmasında biz müasir şəhərsalma prinsiplərini və ağıllı həlləri tətbiq edirik".
Qiymət Mahir