Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirildi
04.09.2025 10:00 Xarici siyasət

Azərbaycan və Peru Limada Xarici İşlər nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundunu keçirib.

TodayPress TV xəbər verir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.

Peru nümayəndə heyətinə məsləhətləşmələrdə XİN başçısının müavini Feliks Deneqri rəhbərlik edib.

"İclas Azərbaycan və Peru arasında 29 illik diplomatik münasibətlər çərçivəsində əməkdaşlıq və strateji dialoqun yeni mərhələsinin başlanğıcını qeyd edir", - XİN-dən bildirilib.

F.Deneqri görüş zamanı əlaqələrin möhkəmləndirilməsinə qarşılıqlı marağı vurğulayıb. O qeyd edib ki, bu mexanizm turizm, təhlükəsizlik, mədəniyyət və idman kimi sahələrdə birgə layihələri irəli aparmağa imkan verəcək.

Onun sözlərinə görə, əməkdaşlığın inkişafı hər iki xalqın rifahına əhəmiyyətli təsir göstərə bilər.

FOTOLAR

Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirildi — 1
Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirildi — 2
Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirildi — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər