Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişləndi

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişləndi
28.07.2025 17:18 Daxili siyasət

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, operatorlar qızıl otağının operatorları və emal, qırma, daşıma, eləcə də metallurqlar həmin siyahıya əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermlidir.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər