UEFA Avropa Liqasının qalibi bəlli oldu

UEFA Avropa Liqasının qalibi bəlli oldu
21.05.2026 00:58 UEFA

UEFA Avropa Liqasında final matçı keçirilib.

TodayPress TV xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşıb.

Matç İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutub.

Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda "Aston Villa" "Frayburq" üzərində böyük hesablı qələbə qazanıb - 3-0.

Qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.

"Aston Villa" ilk dəfə Avropa Liqasının qalibi olub. 1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminhem klubu yeddiqat İngiltərə çempionu, yeddiqat İngiltərə Kubokunun və beşqat Liqa Kubokunun qalibidir.

"Aston Villa" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Birminhem komandası 30 mayda Budapeştdə UEFA Super Kuboku uğrunda "Arsenal" və "PSJ" arasında keçiriləcək Çempionlar Liqası finalının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 ABŞ Ukraynaya görə silah istehsalını əhəmiyyətli dərəcədə artırır - müdafiə naziri bəyan etdi 20:29 Все новости